Zabrat yolunda ağır qəza, İKİ SÜRÜCÜ AĞIR YARALANDI
Sabunçu-Zabrat yolunda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, 10 RZ 296 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 90 KR 128 nömrəli "Daewoo Nexia" avtomobili toqquşub. Zərbədən avtomobillər yol kənarına sürüklənib.
Qəza nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza hərəkətin intensiv vaxtı baş verdiyindən magistral yolda sıxlıq yaranıb. Elə bu səbəbdən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yolu açmağa çalışıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
879
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
906
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1137
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2187
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2161
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1989