Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda həyata keçirilən layihələr üzrə hesabatını təqdim etdi
Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda jurnalistlər, ədliyyə və inzibati orqanların əməkdaşları və hüquqşünaslar üçün həyata keçirilən layihələr üzrə ortamüddətli hesabatını təqdim edib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivlərindən söz açıb.
O bildirib ki, "Proqram əməkdaşlığı Çərçivəsi" layihəsinin əsas məqsədi mətbuat və ifadə azadlığının genişləndirilməsi, korrupsiyaya qarşı mübarizə imkanlarının daha da təkmilləşdirilməsi, eləcə də ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin artırılmasından ibarətdir.
Qurum rəsmisi hazırda Azərbaycan hökuməti ilə birgə icra olunan layihələrin məhkəmə hakimlərinin fəaliyyəti və hüquq qanunvericiliyinin dəstəklənməsi, hakimlərin bu sahədə keçiriləcək təlimlərə cəlb edilməsi, eləcə də ölkədə ədliyyə xidmətlərinin səmərəsinin artırılmasını hədəflədiyini diqqətə çatdırıb.
Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mard isə bu cür koordinativ platformaların yaxın gələcəkdə daha uğurlu nəticələrin əldə olunmasına gətirib çıxaracağını söyləyib.
M.Mard bu gün hesabatı təqdim olunan layihələrin ümumi dəyərinin 4,7 milyon avro olduğunu qeyd edərək, təmsilçisi olduğu təşkilatın Azərbaycanla korrupsiyaya qarşı mübarizə, demokratiya və qanunun aliliyi prinsiplərinin təminatı istiqamətində əməkdaşlığa önəm verdiyini bildirib.
Tədbirdə həmçinin Azərbaycanla yanaşı, Şərq tərəfdaşlığı ölkələrini əhatə edən 14 regional təşəbbüsün nəticələri də təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?