Şəmkirdə “Quşbaz” ləqəbli narkoman tutuldu
Şəmkirdə “Quşbaz” ləqəbli narkoman saxlanılıb. APA TV-nin xəbərinə görə, əsas peşəsi bənnaçı olan 57 yaşlı Səyyad Allahverdi oğlu Hüseynov ev quşları ilə yanaşı, narkotik tərkibli bitkiləri əkib-becərməyə də maraq göstərib.
“Quşbaz” ləqəbli Çinarlı qəsəbə sakini əldə etdiyi məhsulu evinin çardağında qurudurmuş. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının Səyyad Hüseynovun evinə keçirdiyi baxış zamanı həyətyanı sahədən hündürlüyü 170 sm-ə çatan çətənə kolları və qurudulmuş halda olan marixuana aşkarlanıb.
Səyyad Hüseynovun həyətindən əkilib-becərilməsi qadağan olunan 2 ədəd narkotik tərkibli bitki aşkarlanıb. Bundan başqa, onun evinin çardağından 2 kq 975 qram qurudulmuş marixuana da götürülüb.
Saxlanılan şəxs narkotik bitkilərə aqrotexniki qaydada qulluq da göstərib. Yetişdirdiyi məhsuldan isə ehtiyacını ödəmək üçün istifadə edən “Quşbaz” qurutduğu marixuananın keyfiyyətsiz olmasından da gileylənib: "Gördüm ki, həyətdə bitib. Mən də dibini boşaldıb su və peyin verdim. Özüm çəkəniyəm, onun üçün. Ancaq evdə saxladığım o qədər də yaxşı deyildi. Bir dəfə çəkdim, gördüm istədiyim effekti vermir. Tullayacaqdım, yadımdan çıxıb orada qalıb".
Bu, 3 uşaq atası olan Səyyad Hüseynovun sayca ikinci cinayətidir. Onun ilk məhkumluğu da eyni əməlinə görə olub.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?