Azərbaycandan 800 min dolların çıxarılmasının qarşısı alındı - YENİLƏNİB
Azərbaycandan külli miqdarda valyutanın çıxarılmasının qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Muxtarov Qadir Maarif oğlunun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
561
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
468
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
598
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
417
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
407
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1217