İngilis funtu 2 əsr əvvəlki vəziyyətinə düşdü
İngiltərənin əsas ticarət tərəfdaşlarının valyuta səbətində funt-sterlinqin səviyyəsini müəyyən edən indikator 1848-ci ildəki minimum səviyyəsinədək azalıb.
APA TV-nin "Financial Times"a istinadən məlumatına görə, hazırda sözügedən indeks 73,38 bənd təşkil edir.
Bununla da funt-sterlinqin kursu son 168 ilin ən pis göstəricisini əldə edib. Bu hal eyni zamanda həm 1992, həm də 1930-cu illərdən, daha dəqiqi, İngiltərənin Avropanın valyuta kursları mexanizmindən xaric edilməsindən sonra ən aşağı göstəricidir.
Oktyabr ayının əvvəlində krallığın baş naziri Tereza Meyin Avropa İttifaqını tərk etməklə bağlı açıqlaması fonunda isə ingilis funtunun dollara nisbətdə məzənnəsi 1985-ci ildəki aşağı səviyyəsini təkrarlayıb.
Qeyd edək ki, baş nazir həmin vaxt İngiltərənin 2017-ci ilin mart ayının sonuna qədər ittifaqı tərk etmək niyyətində olduğunu açıqlayıb. Bu ilin iyununda keçirilən referendumda isə krallıq əhalisinin 52 faizi bu qərarın lehinə səs verib.
Ölkənin əsas ticarət tərəfdaşlarına gəlincə, bu siyahıda müvafiq olaraq Almaniya, ABŞ, Fransa, İtaliya və Yaponiya yer alıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?