Saakaşvili Odessada fövqəladə vəziyyət elan etdi
Odessanın qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət elan edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu qərar gözlənilən güclü qasırğa ilə əlaqədardır.
"Ağacların kökündən qopması, enerjinin kəsilməsi ilə nəticələnən təbii fəlakət üç nəfərin ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsi elektriksiz qalıb. Məktəblərdə dərslərin dayandırılmasını düşünürəm. Bəzi dövlət idarələrində çalışanların da iş saatları azaldılacaq. Yalnız əlaqədar təşkilatlar dəyə biləcək ziyanın qarşısını almaq üçün səfərbər olmalıdır", - deyə Saakaşvili öz "Facebook" səhifəsində yazıb.
O, vətəndaşları evdən çıxmamağa çağırıb.
Xatırladaq ki, qasırğa oktyabrın 12-si axşam saatlarından başlayıb.
OXŞAR XƏBƏRLƏR
19:05
562
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
468
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
598
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
417
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
407
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1217