Bağdad PKK ilə anlaşdı: terrorçular şiə birliklərinə qoşulur
İraq hakimiyyətinin PKK terror təşkilatı ilə razılığa gəldiyi məlum olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mosul əməliyyatı öncəsi Türkiyənin Başika bazasındakı hərbi gücündən narahat olan rəsmi Bağdad PKK-çıları "Heşdi Şabi" adı altında əməliyyatına daxil etmək istədiyi məlum olub.
Şiə milis birləşməsi olan "Heşdi Şabi" geyimi ilə maskalanan terrorçuların Telaferdən Mosula soxulması planlaşdırılır. "Heşdi Şabi" qruplaşmasını əməliyyata cəlb edən İbadi hökuməti şiə milisləri vasitəsilə terrorçulara silah ötürür. PKK-çılardan Mosul əməliyyatında və şəhər ətrafında nəzarəti gücləndirməkdə istifadə ediləcək.
Terrorçuların "Heşdi Şabi"yə daxil edilməsi məsələsinə görə PKK liderlərindən olan Cəmil Bayık dörd dəfə şiə milislərin komandirləri ilə görüşüb. PKK-nın komandirlərindən olan Sait Hasan "Heşdi Şabi"yə xidmət etdiklərini, Şimali İraqdakı Kürdüstan muxtar vilayətinə deyil, Bağdad hökumətinə bağlı olduqlarını və Mosul əməliyyatı üçün 2.000 döyüşçünün şiə milislərinə qoşulacağını açıqlayıb.
Artıq PKK-ya pul və silah yardımına başlanıb.
Qeyd edək ki, İraqda yerləşən Başika hərbi bazasında Türk Silahlı Qüvvələrinin hərbçiləri və texnikası var. Türk ordusu burada İŞİD-ə qarşı döyüşəcək peşmərgə və sünni ərəb-türkmən qüvvələrinə təlim keçir. İraq hökuməti isə türklərin Başikanı tərk etməsini istəyir. İraqın baş naziri Heydər əl-İbadi Türkiyə ordusunun bu bazaya İraq hökumətinin icazəsi olmadan yerləşdiyini bildirir. Türkiyə hökuməti isə rəsmi Bağdadın istəyi ilə bura yerləşdiklərini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?