88 yaşlı ata özünü asdı - MƏRHUM QIZININ DOĞUM GÜNÜNDƏ

Bərdədə intihar hadisəsi baş verib. Bərdə rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 88 yaşlı Eyvaz Cəbiyev özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev Laçın rayonundan məcburi köçkün olub. Hadisə baş verən gün onun həyatdan köçmüş qız övladının doğum günü olub. Digər ailə üzvləri ilə birgə məzarlığa gedən yaşlı kişi evə qayıtdıqdan sonra intihar edib.
 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR