Almaniya həbsxanasında suriyalının meyiti tapıldı - İNTİHAR, YOXSA?

Almaniyanın Leypsiq şəhərindəki həbsxanada saxlanılan əslən suriyalı Cabər əl-Bəkr intihar edib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, terror aktı hazırlamaqda şübhəli bilinərək həbs olunan əl-Bəkrin meyiti həbsxananın kamerasında aşkar edilib.

 

Rəsmilər onun intihar etdiyini desələr də, aclıq aksiyası keçirdiyinə görə əl-Bəkrin daimi nəzarət altında olması intihar şübhələrinə kölgə salır.

 

Xatırladaq ki, bir qədər Almaniya polisi Cabər əl-Bəkrin saxlanılmasına səbəb kimi Berlin hava limanında terror aktı törətməyə hazırlaşmasını göstərmişdi. Həmin vaxt onun terror aktını iki suriyalı ilə birlikdə hazırladığı açıqlansa da, sonradan elə həmin şəxslərin Cabər əl-Bəkri polisə təhvil verdiyi bildirilib.



 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR