Dariqa Nazarbayeva: "Atamın səhhəti yaxşıdır"

Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin qızı Dariqa Nazarbayeva bildirib.

 

"Prezidentin vəziyyəti xeyli yaxşılaşıb", - deyə D.Nazarbayeva qeyd edib.

 

Qazaxıstan prezidentinin mətbuat xidməti N.Nazarbayevin soyuqdəymə ilə əlaqədar müalicə olunduğunu bildirib. Bu səbəbdən onun bütün beynəlxalq səfərləri həftə sonuna kimi təxirə salınıb.

 

N.Nazarbayevin oktyabrın 12-də Azərbaycana, oktyabrın 14-də isə Ermənistana səfəri nəzərdə tutulurdu.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR