Neft bazarında növbəti qeyri-müəyyənlik: qiymətlər enməyə başladı

Neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, ötən gün birjalarda “Brent” markalı neftin bir bareli 52,82 dollara qədər yüksəlib. Səhər seanslarında isə bu markadan olan neftin bareli bir dollardan çox ucuzlaşaraq 51,45 dollardan təklif olunur.

 

Qərbi Texas neftinin qiyməti də ucuzlaşaraq 50 dolların altına düşüb. Ötən gün 51 dollardan satılan WTİ nefti hazırda 49,79 dollardan təklif olunur.

 

Dünya bazarında xam neftin qiymətlərinin enməsinə müxtəlif səbəblər göstərilir. ABŞ neft ehtiyatlarının altı həftədən sonra yenidən artması qiymətlərə öz təsirini göstərib. Neft İnstitutunun açıqlamasına görə, ehtiyatlar ötən həftə 2,7 milyon barel artıb. O cümlədən OPEK ölkələri arasında hasilata qoyulan kvotanın ölçüsü barədə anlaşılmazlıq da ciddi səbəb kimi qeyd olunur. OPEK noyabr ayında Vyanada keçiriləcək toplantıda Venesuela və İraqın nə qədər neft hasil etməsini müəyyənləşdirməlidir.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR