FES uçot dərəcəsini gələn ay artıra bilər
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) üzvləri 20-21 sentyabr tarixlərində keçirilən iclasda belə qərara gəlib ki, ölkədəki şərait uçot dərəcəsinin artırılması üçün münbit sayılır, hətta bəzi üzvlər bu addımın həmin iclasda atılmasının zəruriliyini bildirib.
"APA-Economics" xəbər verir ki, bu barədə ötən gün açıqlanan iclasın protokolunda qeyd edilib.
Son iclasda tənzimləyici uçot dərəcəsini 0,25-0,5% səviyyəsində saxlayıb. FES uçot dərəcəsini ilin sonunadək qaldıracağına dəfələrlə işarə edib. Tənzimləyicinin növbəti iclası noyabr ayının 1-2-də olacaq.
Ötən gün açıqlanan protokolda isə vurğulanır ki, görüş iştirakçılarının əksəriyyəti əmək bazarında vəziyyətin pisləşməsi və iqtisadi aktivliyin güclənməsi fonunda uçot dərəcəsinin tez bir zamanda artırılacağını arzu edir.
İclas iştirakçılarının çoxu ABŞ iqtisadiyyatı üçün xarici risklərin azaldığını bildirib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?