Özbəkistanda böyük amnistiya: on minlərlə məhkum sevindi

Özbəkistan parlamentinin Senatı baş nazir, prezident səlahiyyətlərini icra edən Şövkət Mirziyayevin təqdimatı ilə ölkə Konstitusiyasının qəbulunun 24-cü ildönümü münasibətilə amnistiya aktını qəbul edib.

 

Sənədə əsasən, törətdiyi cinayətə görə ilk dəfə cəza alanlar, qadınlar, cinayət törədən vaxt 18 yaşı tamam olmayan şəxslər, 60 yaşına çatmış kişilər, xarici ölkə vətəndaşları, eləcə də ehtiyatsızlıqdan cinayət törədənlər azadlığa çıxacaqlar. Bundan başqa, qəsdən cinayət törədənlərin cəzalarının azaldılması nəzərdə tutulur. Amnistiyanın tətbiq olunacağı şəxslərin dəqiq sayı daha sonra bəlli olacaq.

 

Amnistiyadan uzun müddətə və ömürlük azadlıqdan məhrum edilənlər, o cümlədən dövlət və cəmiyyət üçün təhlükəli cinayətkarlar yararlana bilməyəcəklər.

 

Qeyd edək ki, bu ilin sentyabrında Özbəkistan prezidenti İslam Kərimov dünyasını dəyişib. Parlamentin palatalarının birgə toplantısında prezidentin səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyayevə həvalə edilib. Yeni prezident seçkiləri dekabrın 4-nə təyin edilib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR