Bakıda üç maşın toqquşdu: yaralanan var
Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Üç avtomobilin toqquşması ilə nəticələnən qəza Buzovna qəsəbəsində qeydə alınıb.
İdarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan 24 yaşlı Orxan Məmmədov idarəetməni itirib. Nəticədə onun avtomobili “Toyota” markalı iki avtomobilə çırpılıb.
Qəza nəticəsində “Hyundai” deformasiyaya uğrayıb və sürücü Orxan Məmmədov xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya sürücü Orxan Məmmədovun avtomobili yüksək sürətlə idarə etməsi və hava şəraitini nəzərə almaması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:05
580
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
476
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
605
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
419
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
411
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1220