Manat yenə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 11-i ilə müqayisədə dəyişməyərək 1,5986 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,7609 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9482 manatdır. Beləliklə, funt sterlinq də ucuzlaşma nümayiş etdirib.


Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında ucuzlaşıb. 1000 rubl hazırda 25 manat 30 qəpik, 100 türk lirəsi 51 manat 74 qəpik, 100 gürcü larisi isə 67 manat 74 qəpik dəyərindədir.

 
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR