Zaqatalada tütün məntəqəsində yanğın olub
“İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Zaqatala tütün istehsalı və emalı məntəqəsində yanğın olub.
APA TV-nin məlumatına görə, oktyabrın 12-də saat 23:25 radələrində “İnter-Tobacco” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin tütünqurutma kamerasında yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək digər tütünqurutma kameralarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində yanğın baş verən tütünqurutma kamerasının 28 kv. m-lik sahəsinin yanar konstruksiyaları və içərisində olan tütün yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?