Azərbaycan MDB-də ən təhlükəsiz ölkədir - REYTİNQ
Azərbaycan MDB-nin ən təhlükəsiz ölkəsidir. APA TV-nin məlumatına görə, Beynəlxalq İqtisadi Forumunun hazırladığı hesabatda belə deyilir.
Forumun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin reytinq cədvəlini hazırlayıblar. Reytinqdə 141 ölkə yer alıb. Ekspertlərin fikrincə, dünyanın ən təhlükəsiz ölkəsi Finlandiyadır. İkinci yerdə Qətər, üçüncü pillədə Birləşmiş Ərəb Əmirlikləridir. Ən təhlükəsiz ölkələrin ilk “beşliy”ində İslandiya və Avstriya da var.
Azərbaycan reytinq cədvəlinin 36-cı pilləsindədir. Bu, MDB məkanında ən yaxşı, postsovet məkanında isə üçüncü nəticədir. Keçmiş sovet respublikalarından Azərbaycanı yalnız Estoniya və Gürcüstan qabaqlayır.
Reytinq hazırlanarkən ölkədə terrorizm də daxil olmaqla cinayətkarlığa qarşı mübarizə, əhalinin hüquq-mühafizə orqanlarına etimadı, asayiş keşikçilərinin vətəndaşları necə qoruması və digər meyarlar nəzərə alınıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?