Zaqatalada 18 yaşlı qız dərmandan zəhərləndi - İNTİHAR CƏHDİ

Zaqatalada 18 yaşlı qız dərmandan zəhərlənib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, bu gecə saat 01:00 radələrində rayonun Aşağı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Fatimə İbrahim qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, bir neçə dərman qəbul edən 18 yaşlı Fatimə Rəcəbova dərmandan zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fatimə Rəcəbovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

 

Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə  bildirilib ki, Fatimə Rəcəbova yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra dərman qəbul edib.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR