Şahmar Mövsümov: "Dövlət Neft Fondunun aktivləri gələn il 1 mlrd. dollar artacaq"
Bu ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 34 mlrd. ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır.
APA TV-nin məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gələn il Fondun aktivlərinin 1 mlrd. dollara qədər artımı proqnozlaşdırılır: "Gələn il tarazlaşdırılmış büdcə siyasəti həyata keçirəcəyik. Aktivlərimiz 2017-ci ildə 1 mlrd. dollar da artacaq".
"Dövlət Neft Fondunun aktivlərinə manatın daxil edilməsi müvəqqəti fenomendir" deyən Şahmar Mövsümovun sözlərinə görə, bu onunla bağlıdır ki, Neft Fondu öz konvertasiya əməliyyatlarını təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirir: "ARDNF-in il ərzində hansı məbləğdə manata ehtiyacı olacaqsa, o miqdarda konvertasiya həyata keçirilir. Bazara bilavasitə təzyiq göstərməmək, böyük dəyişiklik gətirməmək məqsədilə bu əməliyyatlar mütəmadi həyata keçirilir. Büdcədən müraciət olunduqda, ödəniş edilir. Son zamanlar büdcənin manata ehtiyacı az olduğundan, Fondda manat ehtiyatları yaranıb".
Ş.Mövsümovun sözlərinə görə, bu manat kütləsinin hamısı ilin sonuna kimi dövlət büdcəsinə transfert ediləcək: "Bütün büdcə öhdəliklərimizi yerinə yetirməliyik. İlin sonuna kimi büdcədə nəzərdə tutulan həcmdə konvertasiya həyata keçiriləcək".
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?