Mingəçevirdə Aşura günü 220 nəfər könüllü qan verdi
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günü Mingəçevir şəhərindəki Heydər məscidində qanvermə aksiyası təşkil olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qana ehtiyacı olan xəstələrə kömək məqsədilə təşkil olunan humanitar tədbirdə könüllü olaraq şəhər əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər, dindarlar iştirak ediblər.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik məqsədilə keçirilən tədbirdə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir regional filialının əməkdaşları vətəndaşları müayinə edib və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlayıblar.
Könüllü qan vermək üçün gün ərzində müraciət edən 220 nəfərin hər birindən 200 qram qan götürülüb. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır. Yerli sakinlər bu cür xeyirxah tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?