Aşurada Gəncə İmamzadəsində aksiya keçirildi

Aşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən İmamzadə ziyarətgahında qanvermə aksiyası təşkil olunub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə səhər saatlarından etibarən ziyarətə gələnlər qan verməyə başlayıblar.

İki saat ərzində 100-dən artıq vətəndaşın qan verdiyini nəzərə çatdıran tibb işçisi Təranə Niyazova aksiyada iştirak etmək istəyən insanların həkimlər tərəfindən müayinə olunduğunu söyləyib.

Qan Bankının Gəncə filialında bildirilib ki, səhər saat 9-dan başlayan aksiyada saat 4-ə kimi 300-dən artıq vədəndaş qan verib. Aksiyanın sabah Qan Bankının Gəncə filialında davam edəcəyi bildirilir.

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR