Zaqatalada maşın ağaca çırpıldı: 1 ölü

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə bu gecə saat 03:00 radələrində rayonun Muxax kəndi ərazisində, Zaqatala-Muxax avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

 

Qax rayonunun Güllük kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xəlil oğlu Rüstəmov idarə etdiyi “VAZ-21074” markalı 90 GA 953 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Nəticədə ağır bədən xəsarətləri alan Elvin Rüstəmov hadisə yerində ölüb.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR