FETÖ təhqiqatı: 233 hərbçi qovuldu, 235 polis həbs edildi

FETÖ (Fəthullah Terror Təşkilatı) təhqiqatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən 233 hərbçi xaric olunub. APA TV-nin məlumatına görə, ordudan qovulan hərbçilərdən 158-i zabitdir.

 

Milli müdafiə naziri Fikri İşıq HHQ-dən 201, Dəniz Qüvvələri Komandanlığından 32 olmaqla toplam 233 hərbçinin xaric olunduğunu açıqlayıb. Rəsmi qəzetdə yayımlanan 7 hərbi hakimin işdən azad edilməsi ilə birlikdə Milli Müdafiə Nazirliyinin qərarı ilə Türkiyə Silahlı Qüvvələrindən atılan hərbçi sayı 3939 olub.

 

Bu gün həmçinin Ankarada FETÖ-ya  qarşı keçirilən əməliyyat tədbirləri zamanı xeyli polis əməkdaşı saxlanılıb. Terror təşkilatının "By Lock" kodundan istifadə etdiyi bildirilən 235 polis tutulub. Saxlanılanlar arasında yüksək rütbəli polis zabitləri, o cümlədən polis rəisləri var.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR