Daha bir hakimin səlahiyyətlərinə xitam verildi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin səlahiyyətlərinə xitam verilib. Məhkəmə-Hüquq Şurasından (MHŞ) APA TV-yə verilən məlumata görə, qərar şuranın növbəti iclasında qəbul edilib.
Şurada son illər həyata keçirilən mütərəqqi məhkəmə islahatının ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərməsi, bir çox nöqsan və neqativ halların qarşısının alınması qeyd edilib.
Bu hallarla bağlı, son üç ildə 30 hakimin məhkəmə sistemindən kənarlaşdırılması vurğulanıb.
İclasda MHŞ-nin 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılıb, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI