Şəki bazarı yandı

Şəki bazarında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki bazarının sahibkarlara məxsus qarışıq mallar satılan hissəsində yanğın başlayıb.

 

Yanğının irimiqyaslı olduğu nəzərə alınaraq hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri ilə birgə ətraf Qax, Oğuz və Yevlax rayonlarının DYMH-nin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın söndürülüb.

 

İlkin məlumata görə, yanğın nəticəsində sahibkarlara məxsus ümumi sahəsi 1200 kv. m olan ticarət obyektləri içərisindəki mallarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR