Nazarbayev Bakıya və İrəvana gələ bilmədi
"Bu həftənin sonuna kimi Qazaxıstan prezidentinin beynəlxalq tədbirlərdə iştirakı planlaşdırılmır". APA-nın məlumata görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Aydos Ukibay bildirib.
O deyib ki, prezidentin səhhəti ilə əlaqədar onun iş qrafikində müəyyən dəyişikliklər edilib: “KTMT-nin oktyabrın 14-də İrəvanda keçiriləcək iclasında isə Qazaxıstanı baş nazir təmsil edəcək".
Mətbuat katibi prezidentin səhhəti ilə bağlı bildirib ki, soyuqdəymə ilə bağlı planlı müalicə aparılır, lakin onun səhhətində narahatlıq doğuracaq ciddi heç nə yoxdur.
Qeyd edək ki, N.Nazarbayevin oktyabrın 12-də Azərbaycana, 13-də isə Ermənistana səfər edəcəyi nəzərdə tutulurdu.
OXŞAR XƏBƏRLƏR
19:05
580
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
476
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
605
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
419
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
411
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1220