Neftin qiyməti yüksək həddə stabilləşir - PUTİNDƏN DƏSTƏK MESAJI

Neftin qiyməti 52-53 dollar səviyyəsində stabilləşməkdədir. APA TV-nin məlumatına görə, axşam saatlarında birjalarda “Brent” markalı neftin bir barelinin qiyməti ucuzlaşaraq 52,27 dollardan satılıb. Səhər seanslarında isə bu markadan olan neftin bareli 52,62 dollardan təklif olunur.

 

Qərbi Texas nefti də dünən axşamkı satışlara nisbətən ucuzlaşıb. 50,58 dollara qədər ucuzlaşan WTİ nefti hazırda 50,96 dollardan satılır.

 

Xam neftin son günlərdə bahalaşmasının əsas səbəbi OPEK və bəzi qeyri-kartel ölkələrinin hasilatda müəyyən kvotaya uyğunlaşmaq barədə razılığa gəlməsidir. Rusiya prezidenti Vladimir Putinin ölkəsinin bu qərara dəstək verəcəyini açıqlaması da neftin bahalaşmasına müsbət təsir edib.

 

OPEK baş katibi Məhəmməd Barkindo hasilatla bağlı razılaşma məsələsində işin əsas hissəsinin tamamlandığını və Rusiya, Azərbaycan, Əlcəzair və Venesuelanın aralarında olduğu ölkələrin şərtlərini müzakirə etmək üçün toplanacaqlarını bildirib. OPEK ölkələrinin kvotası noyabr ayında Vyanada keçiriləcək rəsmi toplantıda məlum olacaq. Bu toplantıda razılaşma imzalansa neftin qiymətləri yenidən yüksələcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR