Manat bahalaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 11-i ilə müqayisədə azalaraq 1,5986 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,7663 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdır. Beləliklə, funt sterlinq də ucuzlaşma nümayiş etdirib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında ucuzlaşıb. 1000 rubl hazırda 25 manat 60 qəpikdir. 100 türk lirəsi 51 manat 89 qəpik, 100 gürcü larisi isə 68 manat 3 qəpik dəyərindədir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?