Dövlət Departamenti: Mosul əməliyyatı Bağdadın razılığı ilə keçirilməlidir

"İraqdakı bütün beynəlxalq qüvvələr yerli hökumətin razılığı ilə hərəkət etməlidir". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Dövlət  Departamentinin rəsmisi Con Kirbi deyib.

"Bir müddətdir KİV-lərdə İraqın Mosul şəhərinin İŞİD-dən təmizlənməsi əməliyyatında bəzi qüvvələrin rolundan bəhs edilir. ABŞ dəfələrlə İraqın suverenliyini dəstəklədiyini bildirib. Həmin qüvvələr İraqda Bağdadın razılığı əsasında yerləşdirilməli və hərəkət etməlidir. Onlar koalisiya ilə birgə hərəkət etməli və İraq hökuməti ilə əməkdaşlıq etməlidir", - deyə Kirbi qeyd edib.

Xatırladaq ki, son günlər Mosula hücum planı hazırlayan Türkiyə ilə Bağdad hökuməti arasında gərginlik yaşanır. Ölkə rəsmiləri bir-birinə qarşı ittihamlar və sərt fikirlər səsləndirirlər.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR