Küçə itləri avtomobili parça-parça etdi - KAMERA GÖRÜNTÜSÜ

Türkiyənin Sakarya şəhərində qəribə hadisə baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə avtomobillərin təmir edildiyi sexlərin qarşısında baş verib.


Maşınını küçədə park edən şəxs bir müddət sonra qayıdıb və maşınının ön hissələrini parçalanmış görüb. Bunun oğurluq məqsədi ilə edildiyini düşünən vətəndaş polisə məlumat verib. Asayiş keşikçilərinin araşdırmasından sonra təhlükəsizlik kameralarının da nəzərdən keçirilməsi qərara alınıb.

Görüntülərdə isə inanılmaz kadrlar ortaya çıxıb. Küçələrdə dolaşan sahibsiz itlərin maşının ətrafına yığışdığı və ön buferi gəmirərək parçaladıqları məlum olub.

Maşının sahibi və polislər köpəklərin bunu avtomobilin hansısa hissəsinə pişiyin girməsi səbəbindən etdiyini ehtimal ediblər. Amma sonrakı görüntülərdə orada pişiyin də olmaması müəyyənləşdirilib. Vətəndaşa isə təxminən 2 min dollara qədər zərər dəyib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR