ABŞ: Hələbin bombalanması ilə Yəmənin bombalanması arasında fərq var

Dövlət Departamenti rəsmi Dəməşqin Hələbdəki addımları və Səudiyyə Ərəbistanının aviazərbələri arasındakı fərqə aydınlıq gətirib.


APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Amerika tərəfi mütəmadi olaraq həm suriyalı hərbçiləri, həm də rus aviasiyasını Hələbdəki mülki obyekt və dinc sakinləri daim bombardmanların hədəfinə çevirməkdə ittiham edir.

 

Artıq Səudiyyə Krallığı Suriya hakimiyyətinin Hələbdə dinc əhalinin bombalanması faktlarını araşdırmadığı fonunda Yəmənin paytaxtı Sənada törədilən və çoxsaylı insan ölümünə səbəb olan insidentin araşdırılmasını da vəd edib.

 

Belə bir əminliklə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi çıxış edib: "Mən Dəməşqin Hələbdə atdığı addımlarla Səudiyyə Ərəbistanının aviazərbələri arasındakı fərqi görürəm. Bu həftənin sonlarında endirilən zərbələr artıq təhqiqat predmetinə çevrilib. Səudiyyə hakimiyyəti açıq şəkildə çoxsaylı insan ölümünə səbəb olan bombardman faktının araşdırılacağını bəyan edib”.
 

Bununla yanaşı, o, nə Suriya, nə də Rusiya tərəfinin Sənanın bombalanması məsələsinin araşdırılacağı ilə bağlı bu günədək fikir səsləndirməməsindən təəccübünü də gizlətməyib.


C.Kirbi  krallıq ərazisinin Yəmən istiqamətindən ataəşə tutulacağı ilə bağlı təhdidlərlə üzləşdiyini, buradakı əməliyyatların isə bir çox ölkədən daxil olan müraciətlər əsasında həyata keçirildiyini vurğulayıb.

 

Con Kirbi həmçinin hazırda ABŞ tərəfinin Səudiyyə Ərəbistanına verdiyi dəstəyin qiymətləndirilməsi üzrə işlərin və dövlət orqanları arasında müzakirələrin aparıldığına da diqət çəkib.

 

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR