Kasparov Rusiyanı uddu - MƏHKƏMƏ QƏRARI

Avropa İnsan Haqları Məhkəməsi rusiyalı şahmatçı Harri Kasparovun Rusiyaya qarı şikayətini təmin edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözü gedən şikayət onun 2007-ci ildə Samarada keçirilən “Narazıların marşı” adlı tədbirə gedərkən hava limanında saxlanılması ilə bağlı olub.

 

2007-ci ildə Avropa Məhkəməsində təqdim etdiyi iddiasında şahmatçı saxlanılarkən polis əməkdaşlarının ondan pasportunu müsadirə etdiyini və 5 saat ərzində sorğu-suala tutulduğunu qeyd edib.

 

Avropa Məhkəməsi saxlanılan zaman və sonrakı mərhələlərdə şahmatçının Avropa Konvensiyası ilə qorunan şəxsi toxunulmazlıq hüququnun pozulduğu qənaətinə gəlib və çıxardığı qətnamədə Rusiyanın H. Kasparova 10 min avro ödəməli olduğunu müəyyən edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR