Əfqanıstanda şiə məscidində terror: 14 ölü

Əfqanıstan paytaxtında məsciddə terror aktı törədilib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hadisə Kabulda şiə müsəlmanların Aşura günü ilə bağlı keçirdikləri mərasim zamanı baş verib.

Partlayış nəticəsində 14 nəfər ölüb, çoxlu yaralı var. Partlayışdan öncə mərasimdə iştirak edən insanlara üç nəfər silahlı atəş açmağa başlayıb. Polisin müdaxiləsi ilə silahlıların ikisi məhv edilib. Onlardan biri isə özünü isə partladıb.

Yaralılardan biri polis rəisidir.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR