Yunanıstana qaçan 8 türk hərbçisindən 7-ə sığınacaq verilmədi
Rəsmi Afina Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə iştirak edən, daha sonra isə Yunanıstana qaçmağı bacaran daha 4 türk hərbçinin siyasi sığınacaq istəyini rədd edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Yunanıstanın aidiyyatı qurumunun rəsmisi Eleni Petraki açıqlayıb.
Daha öncə həmin hərbçilərdən üçünün istəyi qəbul edilməyib. Bununla da FETÖ ilə işbirliyində təqsirli bilinən və Yunanıstana qaçaraq sığınacaq tələb edən 8 hərbçidən 7-sinin istəyi rədd edilib. Çevriş cəhdində iştirak edən bir hərbçinin müraciətinin qəbul edilib-edilmədiyi barədə isə məlumat verilməyib.
Xatırladaq ki, 15 iyul hadisələrindən sonra 8 hərbçi Türkiyədən Yunanıstana "Sikorski" helikoteri ilə qaçıb. Onlar Yunanıstan ərazisinə qanunsuz olaraq daxil olduqlarına görə, barələrində 2 aylıq həbs qərarı çıxarılıb.
Bir müddət əvvəl isə Yunanıstanın baş naziri Tsipras prezident Ərdoğanla görüşündən sonra "Qonşu ölkədə qanuni hakimiyyəti devirməyə cəhd edən şəxslərə ölkəmizdə yer yoxdur" deyib, onların Türkiyəyə təhvil veriləcəyini demişdi.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?