Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkə kimi tanına bilər"

Türkiyənin xarici işlər naziri Suriyada İŞİD-in "paytaxt" elan etdiyi Rəqqa şəhərinə planlaşdırılan hücumu bərabər gerçəkləşdirmək istəyən ABŞ-a şərt qoyub. APA TV-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Mövlud Çavuşoğlu PKK-nın Suriya qolu olan PYD-nin bu əməliyyatlara qatılacağını qəbul etmədiklərini bildirib.

 

Çavuşoğlu bununla yanaşı Suriyadakı kürdlərə silah verəcəklərini deyən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun sözlərinə də münasibət açıqlayıb: "Bu baş verərsə, ABŞ barədə mənfi imic formalaşacaq. Biz bəri başdan xəbərdarlıq edirik. Hələlik dost kimi deyirik, ABŞ terrora dəstək verən ölkə kimi tanınacaq".

 

Xatırladaq ki, ABŞ-ın Rəqqaya Türk ordusu ilə birgə hücuma keçmək istəyini ilk dəfə Rəcəb Tayyib Ərdoğan Çində təşkil edilən "G20" toplantısından qayıdarkən açıqlamış və buna müsbət yanaşdıqlarını qeyd etmişdi.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR