Lənkəranda qanvermə aksiyası keçirildi
Bu gün Lənkəran şəhərinin Böyük Bazar məscidində aşura mərasimi ilə əlaqədar könüllü qanvermə aksiyasına start verilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, səhər saatlarından başlayan aksiyada dindarlarla yanaşı, əhalinin bütün təbəqələrinin nümayəndələri iştirak ediblər.
Könüllü qan vermək istəyən çox olsa da, yalnız sağlamlığı imkan verənlərdən qan götürülüb.
Mərkəzi Qan Bankının Lənkəran bölməsinin müdiri Telman Zülfüqarovun sözlərinə görə, aksiyada toplanan qanlar laboratoriya müayinəsindən keçiriləndən sonra ehtiyacı olan xəstələrə, xüsusən talassemiyalı, hemofiliyalı və digər xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiyada iştirak edən yerli sakinlər qanlarının xəstələr üçün istifadə olunacağından məmnunluq hissi ifadə ediblər.
Məlumat üçün bildirək ki, respublikanın cənub bölgəsində talassemiya və hemofiliyadan əziyyət çəkən 200-dən çox xəstə var.
Qafqaz Müsəlmanları İdarəsinin fətvası ilə Lənkəranda 2001-ci ildən qanvermə aksiyası keçirilir. Aksiya sabah da davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?