Cəbhədə düşmən əsgəri məhv edildi

Cəbhədə erməni əsgəri öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə erməni mətbuatı yazıb.

Öldürülən əsgər müddətdən artıq hərbi xidmət keçən, 1989-cu ilə təvəllüdlü Sanasar Qriqoryandır. Hadisə bu gün saat 12:30-da cəbhənin şərqində qeydə alındığı bildirilir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq edərək, istənilən təxribata layiqli cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bir neçə gün əvvəl isə Azərbaycan Ordusunun əsgəri xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən şəhid edilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR