İmişlidə yanğın: ana və qızı son anda xilas edildi
İmişlidə fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Alış Məmmədov keçəsində yerləşən Elbrus Abbasova məxsus evdə qeydə alınıb.
Gecə saatlarında başlayan yanğın anidən güclənib. Hadisə zamanı həmin evdə kirayədə yaşayan Gülüstan Məmmədova və qızı Sərfinaz son anda yanğından xilas edilib.
Yanğın nəticəsində ümumi sahəsi 140 kvadrat metr olan 1 mərtəbəli ev yanar konstruksiyaları ilə birgə külə dönüb. Hadisə yerinə İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətrafda yerləşən yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
599
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
490
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
619
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
424
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
414
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1224