Azərbaycanda erməni qəbiristanlığından cəbbəxana tapıldı
Xocalı polisi xidməti ərazisindən Birinci Qarabağ savaşı dövrünə aid silah-sursat aşkarlayıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Goranboy rayonunun Aşağı Ağcakənd ərazisində bir neçə gün davam edən yağışlı havadan sonra "erməni qəbiristanlığı" adlanan ərazidə yağış nəticəsində torpağın çökdüyü yerdə silah-sursat olması barədə məlumat alan polis əməliyyat keçirib.
Əməliyyat nəticəsində ərazidəki beton plitənin altından döyüşə yararlı vəziyyətdə olan silah-sursat aşkarlanıb. Adı çəkilən yerdən iki ədəd avtomat, bir ədəd 16, bir ədəd 32 mm kalibrli ov tüfəngləri, bir ədəd "Naqan" tipli tapança, silahların güllə daraqları, əl qumbaraları və onların alışdırıcıları, 1080 ədəd müxtəlif çaplı avtomat güllələri və digər döyüş sursatları aşkarlanaraq götürülüb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?