Tiflisdə atışma: ölən və yaralanan var

Tiflisdə silahlı insident baş verib. APA TV-nin Gürcüstan mətbuatına istinadən məlumatına görə, Varketili səmtində binalardan birinin qarşısında oturmuş şəxslərə atəş açılıb.

Nəticədə 35 yaşlı kişi hadisə yerində ölüb, qardaşı isə ağır yaralanıb. Şahidlər hadisə barədə açıq danışmır, insidenti törədənlərin 3 nəfər olduğu müəyyən edilib. Onlar hadisə yerindən qaçıblar. Daha sonra atəş açanların yeniyetmələr olduğu bəlli olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əl-barmaq izlərini götürüblər.

Araşdırmalar başlanıb, cinayətkarlar axtarılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR