Rusiya Türkiyəyə meyvə-tərəvəz qadağasını ləğv etdi

Rusiya Türkiyədən ət və ət məhsulları, meyvə-tərəvəz, habelə ərzaq idxalına tətbiq olunan qadağanı ləğv edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə qərar hökumətin iclasında qəbul olunub. Qərarın mətni Rusiya hökumətinin rəsmi saytında da yerləşdirilib.

 

Sözü gedən qadağalar 2015-ci ilin  noyabrında Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsinin vurulmasından sonra qüvvəyə minib.

 

Sanksiyaların ləğvi prosesinə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 9 avqust tarixində Rusiyaya səfərindən sonra başlanılıb.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı Kreml rəhbəri Vladimir Putin bu məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını bildirib.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR