Azərbaycana qanunsuz avtomobil gətirilməsinin qarşısı alındı

Azərbaycana qanunsuz avtomobil gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış mən­təqəsindən Gürcüstandan Azərbaycan istiqamətində hərə­kət edən Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğ­lu­nun idarə etdiyi “Ford Tranzit” markalı, 90 OT 790 dövlət nömrə nişanlı nəq­liyyat vasitəsinə baxış keçirilib.

 

Baxış zamanı nəqliyyat vasitəsinin qeydiyyat şəhadət­na­mə­sin­də olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aş­kar­la­nıb. Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR