Klinton faktoru dolları bahalaşdırır - EKSPERT RƏYİ
ABŞ dollarının avroya qarşı məzənnəsi ikinci sessiya ard-arda möhkəmlənir.
"APA-Economics" xəbər verir ki, buna səbəb Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilərin artmasıdır.
İlin sonunadək FED tərəfindən uçot dərəcəsinin artırılması ehtimalı iyun ayından etibarən ən yüksək səviyyəyə - 68 faizə çatıb.
"Pacific Investment Management Co."nun (PIMCO) ekspertləri hesab edir ki, FES 2017-ci ilin sonunadək uçot dərəcəsini 2, hətta 3 dəfə artıra bilər. Bunun əsas səbəbi kimi ABŞ-da iqtisadi artım tempinin azalması və inflyasiya göstərilir.
İnflyasiya ilə bağlı gözləntiləri neftin qiymətinin artması gücləndirir. Ötən gün Brent markalı neftin 1 barelinin dəyəri 53 dolları ötüb.
Hillari Klintonun prezidentliyə namizədlərin ikinci teledebatında qələbə qazanması da dollara müsbət təsir edir. Çünki investorlar H.Klintonun siyasətini daha proqnozlaşdırılan hesab edir.
Avronun dollara qarşı məzənnəsi bugünkü hərraclarda 1,1123 dollar səviyyəsinə enib. Halbuki ötən gün keçirilən hərracların yekununda bu göstərici 1,1139 dollar səviyyəsində idi.
Avro ilə yanaşı, dollar Yaponiya yeninə də qarşı iki sessiya dalbadal möhkəmlənir. Belə ki, bugünkü hərracda dollar 104 yen səviyyəsinədək bahalaşmağı bacarıb. Halbuki, ötən gün 1 dollar 103,61 yenə bərabər idi.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?