Sabirabadda məktəblilər qəzaya uğradı: 1 ölü, 9 yaralı
Sabirabadda yük avtomobili avtobusla toqquşub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən şəxsin 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.
Xəsarət alanlar isə 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.
Yaralılardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?