Fətullah Gülən evlənməyə hazırlaşır - İDDİA

Fətullah Gülən evlənəcək. APA TV-nin "ODA TV"yə istinadən xəbərinə görə, bu iddianı jurnalist Fuad Uğur irəli sürüb.


Jurnalist məlumatı FETÖ-nün başqa ölkədəki bir imamının köməkçisindən aldığını bildirib.

 

"Mən 99 yaşına qədər yaşayacağam, Türkiyəyə dönəcəyəm, ölkənin bütün vilayətlərini gəzəcəyəm, evlənəcəyəm, uşaqlarım olacaq". Bu sözləri Gülənin dediyi və evlənmək məsələsinə ciddi yanaşdığı qeyd olunur.
 

Fətullah Gülən bu məsələni ilk dəfə qohumu və davamçısı milyonçu Cevdet Türkyoluna açıb. 15 iyulda dövlət çevrilişinin uğurlu olacağına inanıldığı üçün həyat yoldaşı olacaq xanım da altı ay əvvəl müəyyən olunub. Toy hazırlıqlarının aparıldığı bildirilir. Toy üçün ABŞ-da seçkilərin nəticələri gözlənilir. ABŞ prezidenti Hillari Klinton olsa, toy ABŞ-da keçiriləcək. Əks halda, Gülənin sürgün ediləcəyi ölkədə evlənəcəyi əldə olunan məlumatlar içərisindədir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR