Bakıda şok olay: 670 bal toplayan tələbə özünü öldürdü

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

 

APA TV-nin Lent.az-a istinadən məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Maarif Hüseyn oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, M.Abbasov 4-cü kurs tələbəsi olub. O, ali məktəbə qəbul olarkən 670 bal toplayıb. Nizami Polis İdarəsindən verilən məlumata görə intiharın ilkin ehtimalı artıq bəllidir. Tələbə yoldaşlarına heç nə deməyən Abbasov binanın damına tək çıxıb. Aparılan danışıqlardan və şahid ifadələrindən bəlli olub ki, intiharın səbəbi tələbənin dərsləri ilə bağlı olub. Mərhum Abbasov dəfələrlə atasına zəng edərək, dərslərin ağırlığından şikayətlənirmiş.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR