Səudiyyə Ərəbistanı Yəməni bombaladığını etiraf etdi

Səudiyyə Ərəbistanı hökuməti Yəmənin paytaxtı Sənanı bombaladığını etiraf edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi ər-Riyad İngiltərənin baş vermiş olayın araşdırılması ilə bağlı təklifinə müsbət cavab verib.

 

Təhqiqatın gedişində aviazərbələrin parametrik məlumatları, pilotun mərkəzi dispetçer məntəqəsi ilə danışıqlarının audioyazısı, şahid ifadələri və kəşfiyyat məlumatlarının təhlil olunacağı bildirilib.

 

Rəsmi ər-Riyadın açıqlamasına görə, təhqiqat gizli şəkildə aparılacaq və nəticəsi barədə ictimaiyyətə heç bir məlumat verilməyəcək.

 

Qeyd edək ki, sözügedən aviazərbələr nəticəsində ümumilikdə 213 nəfər həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR