Neftin qiyməti 53 dollara yüksəldi: diqqət ABŞ-a yönəlib

Neftin qiyməti yüksəlməkdə davam edir.

 

APA TV-nin məlumatına görə, birjalarda “Brent” markalı neftin bir bareli ötən gündən 1,5 dollar baha təklif olunur. Səhər seanslarında bu markadan olan neftin bir bareli 53,04 dollardan satılır. "Brent" neftinin qiyməti ötən ilin oktyabr ayından etibarən ilk dəfə 53 dollar həddini aşıb.

 

Qərbi Texas nefti isə iki dollara qədər bahalaşıb. Səhər seanslarında WTİ nefti 51,27 dollardan təklif olunur. Azərbaycan neftinin də bahalaşması davam edir. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,12 dollar artaraq 53,76 dollar təşkil edib.

 

Neftin qiymətinin yüksəlməsinin səbəbi kimi əsas hasilatçılar olan Səudiyyə Ərəbistanı və Rusiyanın hasilat üçün müəyyən kvota müəyyənləşdirilməsi barədə razılıq əldə etməsindən sonra neftin qiyməti 15 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb. OPEK ölkələri son 18 ildə ilk dəfə hasilatın dondurulması qərarına gəlməsi neftin 15 faiz bahalaşmasına səbəb olub. Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl-Falih neftin bir bareli üçün 60 dollar gözlənilən qiymət olduğunu bildirib. OPEK ölkələri və kartel üzvü olmayan ölkələrin Vyanada əldə olunan razılığı təsdiqləməsi halında qiymətlərin daha da yüksələcəyi gözlənilir. Bununla yanaşı, ABŞ neft ehtiyatlarının altı həftədən sonra ilk dəfə artacağı gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR