Manat bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar oktyabr ayının 10-u ilə müqayisədə dəyişməyərək 1,6006 manat olub.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,7822 manat dəyərindədir.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9723 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.


Rusiya rublu bahalaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rublun məzənnəsi 25 manat 80 qəpik, 100 türk lirəsi 52 manat 05 qəpik, 100 lari isə hazırda 68 manat 26 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR