Bakıda 18 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

 

18 yaşlı İsabala Elxan oğlu Allahverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər xəsarətin İsabala Allahverdiyevin ürəyini də zədələdiyini bildiriblər. Yaralının özü həkimlərə deyib ki, küçə ilə gedərkən yıxılıb və nəticədə bədəninə şüşə parçası batıb. Lakin həkimlər yaranın xüsusiyyətinə görə onun bıçaq zərbəsi nəticəsində alındığını müəyyənləşdiriblər.

 

Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR